...

2014-cü ildə ATƏT PA-nın yaz sessiyası Bakıda keçirilə bilər

Siyasət Materials 26 Fevral 2012 14:22 (UTC +04:00)
2014-cü ildə ATƏT PA-nın yaz sessiyası Bakıda keçirilə bilər.
2014-cü ildə ATƏT PA-nın yaz sessiyası Bakıda keçirilə bilər

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir M.Əliyev/

2014-cü ildə ATƏT PA-nın yaz sessiyası Bakıda keçirilə bilər.

Milli Məclisdən Trend-ə bildirblər ki, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova qurumun qış sessiyasının yekununda keçirilmiş ümumi iclasda 2014-cü ildə ATƏT PA-nın yaz sessiyasının Bakıda keçirilməsi barədə Milli Məclisin sədri Oqtay Əsədovun ATƏT PA-nın prezidenti Petros Eftimiuya rəsmi məktub göndərdiyini bildirib.

Həmçinin, avropalı həmkarlarını may ayında Bakının ev sahibliyi edəcəyi 57-ci "Eurovision" mahnı müsabiqəsinə dəvət edən Muradova bu tədbirin Azərbaycan xalqının mədəniyyəti, adət-ənənələri, milli dəyərlər və qonaqpərvərliyi ilə yaxından tanış olmaq üçün gözəl fürsət olduğunu bildirib.

Qeyd edək ki, fevralın 24-də Vyanada ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) 11-ci qış sessiyası işini başa çatıb.

Xəbər lenti

Xəbər lenti