...

Azərbaycan və Fransa prezidentlərinin görüşü olub (FOTO)

Siyasət Materials 18 Sentyabr 2012 20:31 (UTC +04:00)
Sentyabrın 18-də Yelisey sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü olub.
Azərbaycan və Fransa prezidentlərinin görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Sentyabrın 18-də Yelisey sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü olub.

Sarayın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.

Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəal rolu və Fransanın ölkəmizə sərmayə qoymasının əhəmiyyəti vurğulanıb, bu sahədə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, bu istiqamətdə atılmalı olan addımlar da müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti