...

Əli Həsənov: Azərbaycan internetin inkişafı sahəsində bölgənin qabaqcıl ölkələrindən birinə çevrilib

Siyasət Materials 6 Noyabr 2012 11:36 (UTC +04:00)
İnternet artıq Azərbaycanın ictimai-siyasi həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Son illər Azərbaycan internetin inkişafı sahəsində bölgənin qabaqcıl ölkələrindən birinə çevrilib.
Əli Həsənov: Azərbaycan internetin inkişafı sahəsində bölgənin qabaqcıl ölkələrindən birinə çevrilib

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Medhiyev/

İnternet artıq Azərbaycanın ictimai-siyasi həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Son illər Azərbaycan internetin inkişafı sahəsində bölgənin qabaqcıl ölkələrindən birinə çevrilib. Hazırda əhalinin 60 faizindən çoxu bilavasitə internet istifadəçisidir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə BMT və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun əhəmiyyətinə dair sualı cavablandırarkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Beynəlxalq İnternet İdarəçiliyi Forumunun Bakıda keçirilməsi çox mühüm hadisədir. Azad internetin mövcudluğu, internet istifadəçilərinin sayının gündən-günə sürətlə artması, dövlətin internet sahəsindəki şəffaf siyasəti və internetin inkişafına maraq göstərməsi, son illər Azərbaycanda bu sahəyə ayrılan dövlət qayğısı bu Forumun Azərbaycanda keçirilməsini şərtləndirib", - Həsənov bildirib.

PA rəsmisinin sözlərinə görə, hazırda Azərbaycan öz peykinin buraxılması istiqamətində fəaliyyətini davam etdirir.

"Yəqin ki, yaxın zamanlarda - biz peykimizi buraxandan sonra internet provayderlərinin sayı da getdikcə artacaq. Ona görə də bu Forum bir tərəfdən Azərbaycanda internetin inkişafına əlavə dəstək verəcək, digər tərəfdən internet fəaliyyətinin genişləndirilməsinin göstərici kimi dünyada Azərbaycanın bu sahədəki uğurlarının təbliğində müəyyən rol oynayacaq", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, 1500-ə qədər nümayəndənin, dünyanın əksər internet idarəçilərinin, internet sahəsində mühüm rol oynayan strukturlarının Foruma qatılması onu göstərir ki, sözün həqiqi mənasında Azərbaycan internetin inkişafında mühüm nailiyyətlər əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti