...

İlham Əliyev Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidentini qəbul edib

Siyasət Materials 7 Noyabr 2012 15:41 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidenti xanım Neelie Kroesi qəbul edib
İlham Əliyev Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidentini qəbul edib

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidenti xanım Neelie Kroesi qəbul edib.

Xanım Neelie Kroes ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, VII İnternet İdarəçilik Forumunun Bakıda yüksək səviyyədə təşkil olunmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Xanım Neelie Kroes elektron kütləvi informasiya vasitələrinin, azad internetin inkişafının və elektron hökumət layihəsinin böyük önəm daşıdığını vurğuladı.

Dövlətimizin başçısı Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidenti xanım Neelie Kroesin Forumda iştirakının əhəmiyyətini qeyd etdi. Forumu ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sektorunda görülən işlərin nəticəsi kimi dəyərləndirən Prezident İlham Əliyev internetin və elektron kütləvi informasiya vasitələrinin Azərbaycanda bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı ölkəmizdə genişzolaqlı internet xidmətinin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti