...

Elmar Məmmədyarov Braziliya nümayəndə heyətini qəbul edib

Siyasət Materials 29 May 2013 19:14 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Konqresinin Deputatlar Palatasının Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri Nelson Pelleqrinonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Elmar Məmmədyarov Braziliya nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Konqresinin Deputatlar Palatasının Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri Nelson Pelleqrinonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov son illər Azərbaycanla Braziliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirildiyini və bu məsələdə parlament diplomatiyasının xüsusi yer tutduğunu bildirdi. Nazir Braziliyada Azərbaycan səfirliyinin açılması, hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasının ikitərəfli əməkdaşlığa böyük töhfələr verəcəyinə əmin olduğunu qeyd etdi.

Ölkəmizi "Respublika günü" münasibətilə təbrik edən Nelson Pelleqrino, qəbula və qonaqpərvərliyə görə nazir Elmar Məmmədyarova təşəkkürünü bildirdi. Braziliya Konqresinin Deputatlar Palatasının Komitə sədri Nelson Pelleqrino Ermənistan-Azərbaycan münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini və BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini dəstəklədiklərini bildirdi.

Nazir Elmar Məmmədyarov braziliyalı rəsmiyə ölkəsinin mövqeyinə görə təşəkkür edərək, iki ölkə arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün hüquqi bazanın genişləndirilməsini, eləcə də investisiyaların qorunması və ikiqat vergitutmadan azad olunma haqqında sazişin imzalanmasının vacibliyini vurğuladı.

Görüşdə, həmçinin kənd təsərrüfatı, o cümlədən süd, qida və yeyinti məhsulları, eyni zamanda alternativ və bərpa olunan enerji sahələrində Azərbaycanla Braziliya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti