Azərbaycan, Bakı, 18 iyul /Trend/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Misirdə Prezident kimi Məhəmməd Mursini gördüyünü bildirib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Baş nazir bildirib: "Bizim dərdimiz Mursi filan deyil, amma mən Misirdə Prezident olaraq Mursini görürəm".
Ərdoğan Misir xalqına olan hörməti səbəbindən bunu belə gördüyünü deyib: "Əgər Məhəmməd əl-Baradeyi seçilsəydi, bu gün bu ifadələrimi onun üçün də deyərdim. Amma o seçilmədi, səslərin 1,5 faizini topladı, Mursi isə 52 faiz səslə Prezident seçildi".