...

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Penitensiar xidmətin tabeçiliyindəki müəssisələrdə 26 məntəqə yaradılıb

Siyasət Materials 7 Oktyabr 2013 14:05 (UTC +04:00)
Azərbaycanda keçiriləcək prezident seçkilərinin təşkili ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan bütün müəssisələrdə lazımi tədbirlər görülüb. Bunu bazar ertəsi Trend-ə Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqov deyib.
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Penitensiar xidmətin tabeçiliyindəki müəssisələrdə 26 məntəqə yaradılıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda keçiriləcək prezident seçkilərinin təşkili ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan bütün müəssisələrdə lazımi tədbirlər görülüb. Bunu bazar ertəsi Trend-ə Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqov deyib.

M.Sadıqov bildirib ki, prezident seçkisi ilə bağlı Penitensiar xidmətin tabeçiliyində olan bütün müəssisələrdə 26 seçki məntəqəsi yaradılıb: "Bütün müəssisələrdə seçki məntəqələri demək olar ki, tam formalaşdırılıb, seçici siyahıları tərtib olunub, bütün texniki və digər avadanlıqlarla təchiz edilib. Prezident seçkiləri zamanı penitensiar müəssisələrdə qanunvericiliyə uyğun şəkildə səsvermənin təşkili üçün hər cür şərait yaradılıb".

Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti