Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
İnanıram ki, Sizin yüksək dövlət vəzifəsində fəaliyyətiniz gələcəkdə Azərbaycanın daha hərtərəfli inkişafına və firavanlığına şərait yaradacaqdır. Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan strateji tərəfdaşlıq xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir".
Nursultan Nazarbayev İlham Əliyevə möhkəm cansağlığı, fəaliyyətində yeni zirvələrə çatmağı, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edib.