...

Elmar Məmmədyarov Küveytin yeni səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 5 Noyabr 2013 17:11 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumini qəbul edib.
Elmar Məmmədyarov Küveytin yeni səfiri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumini qəbul edib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Nazir Əl-Rumini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə son illər ərzində iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub və mövcud əməkdaşlığın, xüsusilə, iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Səfir diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti