...

Azərbaycanın milli atlası 800 xəritəni əhatə edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Fevral 2014 11:13 (UTC +04:00)
Azərbaycanın milli atlası 800 xəritəni əhatə edəcək və 19 bölmədən ibarətdir. Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Azərbaycanın milli atlası 800 xəritəni əhatə edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın milli atlası 800 xəritəni əhatə edəcək və 19 bölmədən ibarətdir. Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Q.Məmmədov deyib ki, bu atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, torpaq, bitki örtüyü, heyvanat aləmi, ekoloji vəziyyət, tariximiz, sənaye, mədəniyyət, təhsil, səhiyyə sahələrini əhatə edən böyük unikal xəritələr toplusundan ibarətdir.

Qeyd edək ki, 2011-ci il aprelin 20-də Prezident İlham Əliyev Azərbaycanın milli atlasının tərtib olunması haqqında sərəncam imzalayıb.

Q.Məmmədov bildirib ki, bunun zəruruiliyi ondan ibarət idi ki, 2007-ci ildə ermənilər özlərinin milli atlasını çap ediblər və bu atlasda Azərbaycanın işğal olunmuş ərazilərini öz əraziləri kimi göstərirlər: "Bu, erməni saxtakarlığıdır. Bunları ifşa etmək üçün Azərbaycanın milli atlasının hazırlanması qərarına gəlinib".

Dövlət Komitəsinin sədri qeyd edib ki, bundan əlavə, Prezident İlham Əliyev 2012-ci il aprelin 18-də "Cənubi Qafqaz 1903-cü il" xəritəsinin çap edilməsi barədə sərəncam imzaladı: "Bu xəritənin mahiyyəti nədir? Ermənilər iddia edirlər ki, guya, onlar Qafqazın aborigen millətidir, yəni guya, bunlar köklü millətdir. Amma Prezidentin sərəncamı ilə çap etdiyimiz "Cənubi Qafqaz 1903-cü il" xəritəsi ermənilərin bu yalanını ifşa etdi. Bu xəritənin iki özəl cəhəti var. Birinci ondan ibarətdir ki, bunu 1903-cü ildə Çar Rusiyasının hərbçiləri, topoqrafiya idarəsi tərtib edib. İkinci özəlliyi isə ondan ibarətdir ki, xəritədə ümumiyyətlə, Cənubi Qafqazda erməni toponimləri yoxdur. Yəni 1903-cü ilə qədər burada erməni adlı aborigen olmayıb. Burada olan toponimlər Azərbaycan və türk toponimləridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti