...

İstanbul polisi xüsusi əməliyyat keçirir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 May 2014 09:34 (UTC +04:00)
İstanbul polisi xüsusi əməliyyat keçirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Sabah" qəzeti yazır.
İstanbul polisi xüsusi əməliyyat keçirir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir R.Hafizoğlu/

İstanbul polisi xüsusi əməliyyat keçirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Sabah" qəzeti yazır.

Mayın 26-da səhər tezdən polis İstanbuldakı bir sıra ünvanlarda reydlər keçirib.

Hazırda polis qüvvələri bir müddət əvvəl etiraz aksiyalarının keçirildiyi İstanbuldakı Okmeydanı adlanan ərazidə cəmləşdirilib.

İstanbul səmasında polis helikopterləri patrul çəkir.

Keçirilən xüsusi əməliyyat çərçivəsində aralarında qadınların da olduğu 25-dən çox şəxs saxlanılıb.

Xüsusi əməliyyatın keçirilməsi səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti