...

Zakir Həsənov: Azərbaycan Gürcüstanın istehsal etdiyi silahlarla maraqlana bilər

Siyasət Materials 29 May 2014 14:24 (UTC +04:00)
Azərbaycan Gürcüstandan hərbi texnikanın satın alınması məsələsi ilə maraqlana bilər.
Zakir Həsənov: Azərbaycan Gürcüstanın istehsal etdiyi silahlarla maraqlana bilər

Gürcüstan, Tbilisi, 29 may /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan Gürcüstandan hərbi texnikanın satın alınması məsələsi ilə maraqlana bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın müdafiə naziri Zakir Həsənov Tbilisidə gürcüstanlı həmkarı İrakli Alasaniya ilə keçirdiyi brifinqdə bildirib.

Həsənov qeyd edib ki, Gürcüstanda "Delta" silah istehsalı müəssisəsinə baş çəkəcək və orada buraxılan məhsullarla tanış olacaq.

Həmçinin, azərbaycanlı nazir bu gün gürcüstanlı hərbçilərin Əfqanıstandakı əməliyyatlarda iştirak etmək üçün hazırlıq keçdiyi "Krtsanisi" tədris mərkəzinə baş çəkəcək.

Sabah Z.Həsənov və İ.Alasaniya Gürcüstanın Polis Günü münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Batumiyə yola düşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti