ABŞ-ın siyasi realizmi, yaxud neoimperializmin ekspansiya siyasəti

ABŞ-ın siyasi realizmi, yaxud neoimperializmin ekspansiya siyasəti

Hikmət Babaoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

II Dünya müharibəsindən sonra Amerika Birləşmiş Ştatları öz imperiyasının sərhədlərini genişləndirmək üçün yeni ideoloji əsaslar axtarmağa başladı. Artıq ötən əsrin 70-80-ci illərində yeni qlobal imperiyanın ideoloji üfüqlərinin ABŞ-ın siyasi dairələrində müzakirə olunmasına start vermişdi. Bu zaman onlar, əsas etibarilə, ABŞ-da "Siyasi realizm"in banisi sayılan Hans Morgentaonun güc nəzəriyyəsinə istinad edirdilər. Bu nəzəriyyə ABŞ cəmiyyətində o qədər aktuallaşdı ki, o, intellektual hərbi-siyasi dairələrin əsas mövzusuna çevrildi. Beləliklə, həmin dövrdə yeni qurulacaq imperiyanın sərhədləri və onun gətirəcəyi dividendlər müəyyən olunmağa başlandı. Və ABŞ siyasi elitasının düşüncəsində "Siyasi realizm" məktəbinin ideyaları daha da gücləndi. Bu məktəbin davamçıları olan Kennan, Tomson, Marşall, Hallen, Şuman kimi tədqiqatçıların irəli sürdüyü ideya və nəzəriyyələr yenidən aktuallıq kəsb etdi.
Ötən əsrin 80-ci illərindən başlayan bu siyasi macəra gələcəkdə ABŞ-ın, daha çox isə dünyanın başına bəla olacaqdı. Ümumiyyətlə, bu dövrdə aparılan polemikalarda, həmçinin, ingilisdilli ədəbiyyatda dövlət və millət anlayışları eyniləşdirilməyə başlandı. Əgər nəzərə alsaq ki, dövlət millətin siyasiləşmiş forması kimi qəbul edilir, o zaman görəcəyik ki, bu dövrdə irəli sürülən tezislər həm sosioloji düşüncənin əsaslarını ciddi şəkildə dəyişdirdi, həm də millət-dövlət məsələsində yeni qavrama - düşüncə tərzi meydana gətirdi. Bu prosesdə Birləşmiş Ştatların gələcəkdə həyata keçirəcəyi xarici siyasət strategiyasının əsas konturları meydana çıxırdı. Beləliklə, sonradan bəşəriyyətin şahidi olacağı çox böyük dramatik hadisələrin təməli atılmağa başlayırdı.
"Siyasi realizm" modeli əsas olaraq 3 tezisdə öz əksini tapır. Birincisi, "politika status" tezisidir. Onun məzmununu təşkil edən əsas ideya milli dövlətin beynəlxalq əlaqələr sistemində öz təsirini saxlaması və gücləndirməsidir. İkinci tezis "imperialist siyasət" adlandırılır. Bu anlayışın məzmunu isə dövlətin xarici siyasətdə təsir dairəsinin genişləndirilməsi və beynəlxalq münasibətlərdəki mövcud tarazlığı öz xeyrinə dəyişməsindən ibarətdir. Üçüncüsü isə, "prestij siyasəti" adlanır. Bu da dövlətin öz mövqeyini beynəlxalq aləmdə qorumaq üçün güc nümayiş etdirməsidir. Məhz bu 3 tezis XX əsrin 80-ci illərindən sonra Amerika Birləşmiş Ştatlarının yeni dünya siyasətini müəyyənləşdirən əsas konseptual mənbələr idi.

ABŞ: imperialist imperatorluq

Məhz bu kontekstdə baş verən siyasi kataklizmlər sonrakı mərhələdə ikiqütblü dünya siyasi sisteminin pozulmasına - SSRİ və onun hərbi bloku kimi səciyyələndirilən Varşava Müqaviləsi Təşkilatının dağılmasına gətirib çıxardı. Dünya siyasətində baş verən bu böyük hadisə ABŞ-ın xarici siyasətində yeni perspektivlər açmağa başladı. Növbəti mərhələdə gələcək dünya siyasətinin formalaşması ilə bağlı yeni strategiyaların hazırlanmasına start verildi. Bu kontekstdə ABŞ hərbi-siyasi elitasında müzakirə olunan əsas məsələlərdən biri ondan ibarət oldu ki, Birləşmiş Ştatların gələcəyi necə olacaq: ABŞ imperiya, imperialist dövlət, yoxsa imperialist imperatorluq olacaq? Buna paralel olaraq bəhs olunan terminlərin məzmunu və onun gələcək dünya siyasətinin formalaşmasına verəcəyi istiqamətlər dəqiqləşdirilməyə başlandı. İlk növbədə, müəyyənləşdirildi ki, Birləşmiş Ştatlar üçün ən məqbul model imperialist imperatorluqdur. İmperialist imperatorluğun imperiya və imperialist dövlətdən fərqi odur ki, bu dövlət özünün hakim olduğu inzibati-siyasi sərhədləri daxilində həm də milli dövlət keyfiyyəti daşıyır. Amerika ideoloqları milli dövlətin hansı qüdrətə sahib olduğunu, nə qədər ciddi təməllərə söykəndiyini nəzərə alaraq bu yeni düşüncəni mənimsədilər. Çox keçmədən ABŞ imperialist imperatorluq keyfiyyətində dünya siyasətində aktiv rol oynamağa başladı.
Bu dönəmdə həyata keçirilən siyasət bir sıra yeni nəzəriyyələrlə müşayiət olunurdu. Bunların bir qismi dialoq və iqtisadi, mədəni-mənəvi intellektual istismarı nəzərdə tuturdusa, digəri qarşıdurma, terror, xaos və münaqişəni təbliğ edirdi. Bəşəriyyətin taleyi ABŞ-ın bu iki istiqamətdən hansını seçməsindən böyük dərəcədə asılı olacaqdı. Təəssüf ki, Birləşmiş Ştatlar "pislər içərisindən ən pisi"ni seçdi. Beləliklə, XX əsrin 90-cı illərindən sonra Qərb yarımkürəsində baş verən hadisələr göstərdi ki, ABŞ milli dövlətlərin sonunu gətirəcək münaqişə və müharibələrə başladı. Bu müharibələr həm hərbi gücün tətbiqi, həm də müxtəlif dəyər və ideologiyaların istismarı ilə həyata keçirildi. Bunun ən bariz nümunəsini Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması" nəzəriyyəsi və onu reallaşdıran ABŞ siyasətində gördük. Birləşmiş Ştatlar Şərqi Avropa və Balkanlarda "Qlobal Balkanlaşdırma" siyasəti həyata keçirməyə başladı. Bu siyasətin mahiyyəti Balkanlarda dini-etnik müstəvidə, yaxud siyasi keçmişləri etibarilə fərqlilikləri olan toplumlarda yeni dövlətlər yaratmaq idi. Əlbəttə, burada "dövlət" anlayışından şərti olaraq istifadə edirik, çünki onları dövlət kimi - milli siyasi iradənin təmsilçisi qismində səciyyələndirmək olduqca çətindir. Bu coğrafiyada müxtəlif metod və üsullarla həmin xalqların milli dövlət qurmaq hüquqları əllərindən alındı. Beləliklə, "beşinci kolon" nümayəndələri "demokratiya", "insan hüquqları" kimi ideyaları istismar edərək həmin ərazilərdə hakimiyyətə gəldilər. Çox keçmədi ki, Birləşmiş Ştatların bu siyasəti öz bəhrəsini verdi və biz Balkanlarda artıq "milli dövlət" deyil, idarə olunan müxtəlif subyektlərin yaradıldığının şahidi olduq. Bununla da Şərqi Avropada yeni siyasi coğrafiya və inzibati-siyasi sərhədlər müəyyənləşdirildi. Bu sərhədlər içərisində qeyri-əxlaqi və qeyri-insani proseslər müşahidə edilməyə başlandı. Bəlkə də, ilkin mərhələdə ABŞ həyata keçirdiyi bu siyasətin gələcək uğurlarına inanmırdı, amma bu nəhəng güc mərkəzi qısa zaman müddətində Şərqi Avropada öz hegemonluğunu təmin edə bildi.
Elə tarixi faktlar göstərir ki, ABŞ imperialist məqsədlərinə çatmaq üçün həmişə bütün iyrənc vasitələrdən istifadə edib. Bu siyasət ayrı-ayrı ölkələrin suverenliyinin məhdudlaşdırılmasına xidmət etməklə qlobal nəzarətin ələ alınmasına hesablanmışdı.

ABŞ imperializmi: bu gün

"Təkqütblü dünya nizamı" formalaşdırılan zaman belə bir aldadıcı fikir formalaşdırıldı ki, ABŞ hökmranlığı altında olan xalqların hüquq və azadlıqlarının müdafiəçisi qismində çıxış edəcək. Amma, bu, belə olmadı. "Demokratiya", "insan hüquqları" kimi ideyalar yenə də istismarçı vasitə kimi çıxış edərək xalqlara, bütövlükdə, bəşəriyyətə qarşı yönəlmiş təhlükə mənbəyinə çevrildi. Elə bu dövrdə də Birləşmiş Ştatlar qələbə eyforiyasına qapıldı və biz bir sıra ABŞ ideoloqlarının bu kontekstdə hegemonluq fəlsəfəsinə söykənən fikirlərinin şahidi olduq. Məsələn, Z.Bjezinski "Seçim: dünya hökmranlığı və ya qlobal liderlik" əsərində yazırdı: "ABŞ-ın dünyanı idarə etmək rolunu etiraf etmək zəruridir... Dünya paytaxtı yaranıb... dünya tarixində ilk dünya paytaxtı... Nə Roma, nə Qədim Pekin - regional imperiyaların keçmiş paytaxtları... qlobal güc və qərarların qəbul edilməsi imkanları baxımından... Vaşinqtonun mərkəzi hissəsinin sahib olduğu qüdrətə malik deyildirlər...".

Təkqütblü dünyanın "Yeni Roma"sı

Əslində, Z.Bjezinskinin bu fikirləri Birləşmiş Ştatların həyata keçirdiyi xarici hərbi-siyasi kursun istiqamət və əsaslarını təsdiq edirdi. Çünki biz dünya siyasi tarixinə - dünyada mövcud olmuş imperatorluqların keçmişinə nəzər salsaq, görərik ki, heç bir imperatorluğun dünyanın ən müxtəlif siyasi coğrafiyalarında Amerika Birləşmiş Ştatları qədər ordusu, hərbi bazası olmayıb. Hazırda ABŞ-ın 2 milyona qədər əsgəri, 1100-dən çox hərbi bazası dünyanın ayrı-ayrı regionlarında yerləşdirilmişdir. Qeyd etdiyimiz kimi, heç bir imperatorluğun öz sərhədlərindən kənarda bu qədər əsgəri ehtiyatları mövcud olmayıb. Məsələn, antik dövrdə Roma imperiyasının dünyada 137 hərbi legionu olub, XVIII əsrin sonu - XIX əsrin əvvəllərində isə Böyük Britaniyanın fərqli coğrafiyalarda 36 hərbi bazası olub.

Əslində, Z.Bjezinskinin fikirləri müxtəlif dövlət və hökumət nümayəndələri tərəfindən də çəkinmədən ifadə olunurdu. Məsələn, 1960-1990-cı illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti olmuş Rey Mak Hovern qeyd edir ki, ABŞ-da enerji qıtlığı yarananda İraqa qoşun yeridildi: "Hər hansı bir ölkə strateji ehtiyatlarını öz nəzarəti altına almaq istəsə, ABŞ onu transmilli şirkətlərin nəzarətinə qaytarmağa çalışır. Bunun üçün bütün vasitələrdən, o cümlədən üsyanlardan, inqilablardan, hakimiyyət çevrilişlərindən istifadə edir".
Bu siyasət sonrakı illərdə davam etdirildi. XX əsrin sonu - XXI əsrin əvvəllərində müsəlman Şərqində və dünyanın digər karbohidrogen ehtiyatları ilə zəngin olan ərazilərində ayrı-ayrı ölkələrə (Əfqanıstan, Pakistan, Liviya, Yəmən, İraq, Misir, Suriya və s.) hərbi bazaların yerləşdirilməsi üçün müxtəlif vasitələrdən istifadə olunmağa başlandı.

Demokratiya və insan hüquqları "Yeni Roma"nın ən yeni silahları kimi

Bu zaman "silah" kimi istifadə olunan başlıca vasitələrdən biri demokratiya və insan hüquq və azadlıqları idi. Çox qəribədir ki, istismarçı demokratiya və insan haqları kimi cəlbedici ideyalar həmin xalqlara bir növ müxtəlif aksesuarlarla bəzədilmiş "ritmik melodiyalar" kimi təqdim olunurdu. Yaxın Şərq və şimali Afrikada baş verən hadisələrə "ərəb baharı" adı verildi. Bu əslində, yerli xalqların milli düşüncələrinin manipulyasiyası idi. Klassik Şərqdə ola bilsin ki, kimsə demokratiyanı mənimsəməyi, bu dəyəri qəbul etməyi bəlkə də zəruri hesab etmirdi, amma bu model həmin xalqlara "ərəb baharı" kimi təqdim olunduğuna görə cəlbedici görünürdü. Beləliklə, ABŞ olduqca böyük uğurla bu "dəyərlər" vasitəsilə manipulyasiya edərək ölkələrin ərazilərini əslində işğal etdi. Bu ölkələrin milli sərvəti olan karbohidrogen və intellektual ehtiyatlarına, eyni zamanda, əhali ehtiyatlarına nəzarəti tam ələ keçirdi.
Bundan başqa, Şərqi Avropada "qlobal balkanlaşdırma" başa çatdıqdan sonra postsovet məkanında yeni rəngli inqilablar erasının başlanması üçün ABŞ qara düyməni basdı. "Qərənfil", "qızılgül" inqilabları və s. inqilablar adı altında postsovet məkanında ərazilərə nəzarət uğrunda mübarizəyə girişdi, çox asanlıqla nailiyyətlər əldə edə bildi. Əlbəttə ki, bu məkanda Yaxın Şərqdə olduğu kimi enerji resursları yox idi. Ancaq burada məqsəd enerji resurslarının ən böyük ehtiyatçısı kimi çıxış edən, dünyanın ən böyük ölkəsi olan Rusiya Federasiyasını rəngli inqilablar vasitəsilə mühasirəyə almaq idi. Biz Gürcüstanda, Ukraynada, Qırğızıstanda müxtəlif rəngli inqilabların həyata keçirildiyinin şahidi olduq. Məqsəd aydın idi: Rusiya Federasiyasında mövcud olan, Sibirdən başlayaraq Dunaya qədər olan böyük ərazidə olan ehtiyatların hamısını nəzarətə götürmək və ABŞ-ın imperialist maraqlarına tabe etmək. Bu azmış kimi Barens dənizi və Arktika hövzəsində qlobal iqlim dəyişikliyi prosesində baş verən hadisələr nəticəsində ortaya çıxan neft ehtiyatlarına nəzarəti həyata keçirmək üçün strateji mövqe qazanmaq hədəflənirdi. Beləliklə, gözümüzün önündə yeni bir imperiya-ABŞ imperiyası meydana çıxdı. Bu proses ABŞ daxilində müxtəlif səviyyələrdə ciddi götür-qoy edilir. Vaxtaşırı xarici siyasətə müxtəlif korrektələr edilirdi.

Bu uğurlar demokratiyanı, insan hüquqlarını və eyni zamanda, "5-ci kolon" kimi səciyyələndirdiyimiz kolonların nə qədər effektli silah olduğunu ortaya qoydu. Getdikcə iştahası artan ABŞ ən müxtəlif ölkələrdə özünün "5-ci kolon"larını yaratmağa başladı. Bu "5-ci kolonlar", guya, demokratiyanı, vətəndaş cəmiyyətini formalaşdıran təşkilatlar kimi təqdim olundu. Amma bunlar, əslində, sırf ABŞ-ın "5-ci kolon"u və yaxud milli dövlətlərin qalasının içərsinə yeridilmiş "troya atı" yaxud, hərbi-siyasi şəbəkələr idi. Bu şəbəkələrdən ABŞ olduqca effektiv istifadə etdi və təsadüfi deyil ki, hələ 2005-ci ildə tarixçi Con Lyüs Heddis açıq şəkildə qeyd edirdi ki, "ABŞ dünyanın hər bir ölkəsində daxili və xarici siyasəti idarə etmək iddiasını inadla davam etdirir. Müasir anlamda bu, məhz imperiya deməkdir. Biz konkret olaraq imperiyayıq və imperiyadan da artığıq və bizim dünyada qlobal rolumuz var". Hesab edirik ki, bu, tarixçinin ABŞ siyasətini təsvir edən ən dürüst fikirləridir. "Standart Uikli" nəşrinin redaktoru Uilyam Kristol isə deyir: "Kim demək istəyirsə ki, biz imperiyayıq, olsun - biz nəhəng imperiyayıq".

Azadlıq naminə insanı öldürmək kimi qəbuledilməz ideyanı azadlıq vermək kimi təqdim etmək intellektual əclaflıqdır

Çox maraqlıdır ki, insanların demokratiya və insan haqlarına həssas münasibətindən istifadə edən ABŞ öz imperiyasını "azadlıq imperiyası" adlandırır. Əlbəttə, bu, aldadıcıdır və manipulyasiya xarakterlidir. Belə düşüncə insanlara demokratiya yox, xaos, qan, bəla, dərd gətirib. Ona görə də, nüfuzlu "The Wall Street Journal" qəzeti yazır ki, "Amerika "azadlıq imperiyasının" maraqları naminə dəhşətli müharibələr aparmaqdan qorxmamalıdır". Yəni ABŞ elə bir imperiyadır ki, dünyanın istənilən guşəsində insanları onların azadlıqları naminə qətlə yetirə bilər. Bu da superdövlətin metamorfozudur. O metamorfozun nəfəsi hər yerdə duyula bilər.
Hesab edirik ki, bunlar müasir ABŞ-ın xarici siyasətini səciyyələndirən ən dəqiq ifadələrdir və buradakı ziddiyyət, mənəviyyatsızlıq, əxlaqsızlıq sözün həqiqi mənasında, ABŞ-ın xarici siyasətinin əsas təzahürləridir. Azadlıq naminə insanı öldürmək kimi qəbuledilməz ideyanı azadlıq vermək kimi təqdim etmək intellektual əclaflıqdır. Və yaxud intellektual əxlaqsızlıdır (H.B.).
Beləliklə, yeni əsrin birinci 10 illiyində birdən-birə bəşəriyyət hansı bəla ilə, ABŞ-ın timsalında necə dəhşətli bir qlobal terrorla üz-üzə qaldığını dərk etdi. Amma artıq çox gec idi...
ABŞ bu mərhələdə dövriyyəyə, yəni öz qlobal imperiyasını yaratmaq üçün, imperialist imperatorluğunu daha da qüdrətli etmək üçün yeni silahlar daxil etdi. Biz bununla da hərbi-siyasi leksikonda yeni terminlə tanış olduq. Bu, "yumşaq güc" terminidir. ABŞ demokratiyanı, insan haqlarını silah kimi necə istifadə etdiyinin fərqində idi və ona görə də bu silahları "yumşaq güc" adlandırırdı. Əslində, bu yumşaq gücün gətirdiyi qəddar ölümlər və terror hərbi gücün təsirindən daha güclü və daha uzunmüddətlidir.

Dövlət himayəli terrorun ABŞ nümunəsi

ABŞ-ın timsalında dövlət himayəli terror həyata keçirilir. Heç kəsə sirr deyil ki, hazırda dünyada, əslində, politoloji ədəbiyyatda dövlət himayəli terror müxtəlif cür səciyyələndirilir. Terrorla müşahidə olunan müharibə ən əxlaqsız müharibələrdən biri hesab olunur. Beynəlxalq hüquq tərəfindən dövlət dəstəkli terror lənətlənir və qınanır. Azərbaycan da bu mənada Ermənistanın timsalında dövlət dəstəkli terrordan əziyyət çəkən bir ölkədir.
Ancaq bu gün də ABŞ öz dövlət maraqlarını həyata keçirmək məqsədilə terrorçu metodlardan imtina etmir. Dövlətin terrorizmi bir vasitə kimi istifadə etməsi üç formada olur: dövlətin öz xalqına güc tətbiq etməsi; dövlətin başqa bir xalqa birbaşa güc tətbiq etməsi; dövlətin kəşfiyyat orqanlarının başqa ölkələrdə terrorçuluq fəaliyyətini həyata keçirmək üçün başqa qüvvələrlə əməkdaşlıq edərək, yaxud onları dəstəkləyərək onların vasitəsilə məqsədlərinə çatmağa çalışmasıdır.
Hələ ötən əsrin 60-70-ci illərindən etibarən ABŞ-ın həyata keçirdiyi xarici siyasətə diqqət yetirsək, görərik ki, hər hansı terrorçu təşkilatı yaratmaq və dəstəkləməklə öz siyasi maraqlarını həyata keçirmək ABŞ xarici siyasətinin ən zəngin təcrübələrindən biridir. Biz bunu Vyetnamda, Əfqanıstanda, "əl-Qaidə" terroru adı altında sonrakı dövrdə də Əfqanıstanda, Yaxın Şərqdə müşahidə etmişik və bu gün ABŞ özünün dövlət himayəli terror siyasətini həyata keçirməklə Yaxın Şərqdə çoxlu sayda alternativlərdən ibarət terrorçu qurumlar şəbəkəsi yaradıb. Bunlara misal olaraq "İŞİD"-i, "əl-Qaidə"ni göstərə bilərik. Bütün hallarda bu terrorçu təşkilatlar həmin təşkilatların üzvü olan ayrı-ayrı fərdlərin düşüncələrinin manipulyasiyası vasitəsilə həyata keçirilir və mənsub olduqları dinin dəyərləri fərqli şəkildə anladılır, yaxud onlara milli dövlət qurmaq haqqında yanlış təsəvvürlər təlqin olunur. Beləliklə, robotlaşmış bu insanlar ABŞ terrorizminin cinayətkar ünsürləri kimi Yaxın Şərqdə ölüm virusu yaymağa başlayırlar. ABŞ isə müxtəlif adlarda yaradılmış alternativ terror təşkilatlarını müxtəlif vasitələrlə idarə edir. Eyni zamanda, bəzən onları bir-birinə qarşı qoymaqla, bəzən də birini və ya digərini gücləndirməklə heç birinin tam hegemoniya qurmasına icazə vermir ki, daim bu terrorçu təşkilatlar öz aralarında çəkişən, daim bərabər gücdə olaraq bir-birini məhv etməyə qadir olan terrorçu qruplar kimi saxlanılsın. ABŞ-ın terroru himayə edən dövlət kimi öz vətəndaşları olan afroamerikanlara qarşı daxili terroru isə, həmişə olduğu kimi, bu gün də davam edir.

ABŞ-ın müharibə əxlaqı, yoxsa əxlaqsızlığı?

Beləliklə, bu gün Yaxın Şərqin, müsəlman dünyasının ən qiymətli resursu olan genefond məhv edilir, müxtəlif adlar altında xalqların genefondu bir-birinə qarşı qoyularaq sıradan çıxarılır. ABŞ isə bəzən birini, bəzən də gizli şəkildə digərini müdafiə etməklə münaqişəni daha da alovlandırır. Müxtəlif dinlər və məzhəblər, yaxud etnik qruplar üzərində qurulan bu oyun Yaxın Şərq xalqlarının heç birinin xeyrinə deyil. Ancaq onların hər biri müxtəlif yalançı vədlər verilərək bu qırğın prosesində iştirak etməyə həvəsləndirilir. Bu qanlı prosesdə isə ABŞ rahatca öz dövlət və imperialist maraqlarını həyata keçirməklə Yaxın Şərqin ən qiymətli resurslarını istismar edir. Bu xaos və qarşıdurma prosesində heç bir müharibədə müşahidə olunmayan ən əxlaqsız metod və vasitələrdən istifadə edilir, insan orqanlarının alverindən təcavüzə qədər insanların milli, dini hissləri təhqir olunaraq, şəxsiyyəti alçaldılaraq hər metod və vasitələrə əl atılır.
Hazırkı mərhələdə baş verən proseslər onu deməyə əsas verir ki, bu gün Amerika imperializmi tarixdə mövcud olmuş ən əxlaqsız, ən qəddar və ən terrorçu bir imperializmdir.
Amerika imperiyasının salnaməçisi, tarixçi Uilliam Blum özünün 130-cu antiimperiya hesabatında qeyd edir ki, dünya əhalisinin əksəriyyəti, daha dəqiq desək, 24 faizi ABŞ-ı "dünya sülhünə ən böyük təhlükə" hesab edir. Bundan başqa, Vyetnam müharibəsi dövründə Amerika dövlətinə ən dəqiq qiyməti həkim Martin Lüter vermişdi: "Dünyada zorakılığın ən böyük təchizatçısı - mənim öz dövlətimdir. Mən buna susa bilmərəm"...!

İmperiyalar ən qüdrətli olduqlarını düşünən zaman çökür

Bu gün ABŞ özünə rəqib tanımayan hegemon güc olaraq özünün ən güclü dövrünü yaşayır. Ancaq tarixdəki çoxsaylı nümunələrdən bizə bəllidir ki, ən böyük imperiyalar özlərini ən qüdrətli hesab etdikləri anda çöküblər. Bu gün ABŞ özünün ən qüdrətli dövrünü yaşamaqdadır və ən əxlaqsız formalarla ayrı-ayrı milli dövlətlərə hücum etməkdədir. Çox təəssüf ki, bu prosesdə ABŞ bəşəriyyətin bu günə qədər əldə etdiyi ən qiymətli dəyəri gözdən salır, istismar edir: bu, demokratiya və insan hüquqlarıdır.

Qlobal dövlət, şəbəkə hakimiyyəti, yoxsa idarəolunan xaos?

ABŞ-ın bu istismarçı imperialist siyasətinə paralel olaraq "idarəolunan xaosun içərisində" Yaxış Şərqdə və ABŞ-ın şaquli hegemoniyasından əziyyət çəkən digər ölkələrdə yeni dirçəliş, özünüdərk erası başlamaqdadır, demokratiya və insan hüquqlarının yeni dərki prosesi getməkdədir. Bu, Amerika imperatorluğunun ayaqları altında əzilən xalqlarda yeni əzm, mənəviyyat, yeni əxlaq, milli ruh, mübarizə ruhu formalaşdırır, insanları yeni axtarışlara sövq edir. Nəticə etibarilə əlbəttə ki, bu, ən qüvvətli hesab etdiyi vaxtda elə ABŞ-ın xarici siyasətinin alt-üst olmasına gətirib çıxaracaqdır. Biz bunu ABŞ-ın özünün daxilində baş verən hadisələrdən də görə bilirik. ABŞ-ın daxilində bu gün diskriminasiya, afroamerikanlara qarşı haqsızlıq, onların hüquqlarının tapdanması prosesi gedir və ABŞ-ı ayaqda saxlayan yeganə vasitə istismarçı yollarla əldə etdiyi iqtisadi hegemoniyadır. Əgər bu iqtisadi güc olmasa, ABŞ cəmiyyəti və dövləti dağılmağa məhkumdur, çünki ABŞ-ı bu gün birləşdirən ümumi dəyər yalnız iqtisadi qüdrətidir.
Bilirik ki, milli dövlətləri milli dövlət kimi xarakterizə edən, səciyyələndirən əsas xüsusiyyət milli, mənəvi, dini və s. identiklikdir. ABŞ-da nə milli, nə də dini identiklik var, sadəcə, vətəndaşlıq və dövlət var. Bu vətəndaşlıq və dövlət isə milli-mənəvi dəyər olmadığı üçün, sadəcə, hüquqi-inzibati vasitələrlə tənzimlənir və iqtisadi istismar isə bu gün ABŞ-ın söykəndiyi yeganə dayaqdır. Əgər bu dayaq sarsılarsa, ABŞ-ın sonu bütün imperiyaların sonu kimi olacaqdır. ABŞ-da da bunu dərk etdikləri üçün əxlaqsızcasına və vəhşicəsinə bütün dünya xalqlarının milli sərvətlərini istismar edirlər. Əlbəttə ki, bunun bir sonu olacaqdır.

ABŞ - yeni səlib yürüşünün yenilməz cəngavəri rolunda

Buna paralel olaraq, ABŞ özünü yeni erada yeni səlib yürüşünün yenilməz cəngavəri kimi aparır. Çox təəssüf ki, ABŞ-ın xarici siyasətinin sadaladığımız əxlaqsız tərəfləri ilə bərabər, eyni zamanda, müsəlman ölkələrinə qarşı xüsusi fərqli siyasəti dayanır. Azərbaycan da ABŞ-ın ikili standartlarından, islamofob siyasətindən, terror siyasətindən əziyyət çəkən ölkələrdən biridir. Çünki bildiyimiz kimi, artıq ABŞ-ın səfiri milli dövlətlərdə, o cümlədən Azərbaycanda özünü general-qubernator kimi aparır, insan hüquqları, demokratiyanın inkişafı adı altında yaratdıqları müxtəlif təsisatlar və qurumlar vasitəsilə Azərbaycanda hegemoniya qurmaq istəyir, Azərbaycanda və postsovet məkanındakı digər ölkələrdə xalqı öz dövlətinə qarşı qoymaqla idarəolunan xaos yaratmağa və beləliklə öz imperialist maraqlarını diktə etməyə çalışır. Biz bunun ən son və bariz nümunəsini Ukraynanın timsalında görürük. Bu günə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsində ABŞ-ın tutduğu riyakar, səbatsız mövqe də məhz onun islamofob mövqeyindən irəli gəlir. Ancaq Azərbaycan xalqının bəxti onda gətirib ki, Azərbaycanda vaxtaşırı ABŞ-ın həyata keçirdiyi bu siyasət deşifrə olunur. Azərbaycanda savadlı, intellektual bir cəmiyyət mövcuddur və vətəndaşlarımız ABŞ-ın bu təhlükəli oyununu dərk edirlər. Ona görə də bəzi Qərb dövlətlərinin sifarişli şəkildə Azərbaycana qarşı qaldırılması, bəzi Qərb və ABŞ mətbuatında Azərbaycan haqqında qeyri-obyektiv fikirlərin yazılması ABŞ-ın imperialist siyasətinə xidmət edən nümunələrdir və bu, Azərbaycanda aydın şəkildə başa düşülür. Hesab edirik ki, indiki mərhələdə ən qüdrətli dövrünü yaşayan ABŞ imperializmi bəşər sivilizasiyası, insanlıq qarşısında öz məsuliyyətini dərk edərək, nəhayət, obyektiv olmağa borcludur, dünya terroruna son qoymalıdır və bəşər sivilizasiyasını yıxmaq, xalqları öz milli dövlətlərinə qarşı qoymaq kimi çirkin və fitnəkar siyasətdən əl çəkməlidir.

Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib
Səbaildə onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb (FOTO)
Səbaildə onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb (FOTO)
Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı Rusiya vətəndaşı vəfat etdi
Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı Rusiya vətəndaşı vəfat etdi
Loading Bars
Xəbər lenti
Əfqanıstanda "Əl-Qaidə" liderlərindən biri zərərsizləşdirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 313 mini keçib
Hərbçilərimiz koronavirusla bağlı çağırış etdi (VİDEO)
Fransa Ankaradakı səfirini geri çağırıb
Düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Hikmət Hacıyev: 15 yaşınadək uşaqların əsgər kimi istifadə olunması müharibə cinayətdir (VİDEO)
Ermənistan döyüşlərdə uşaqlardan istifadə etməyə davam edir (VİDEO)
Hikmət Hacıyev: Ermənilərin hədəfi kənd və mülki şəxslər idi (FOTO)
Ermənistanın xarici işlər naziri də Paşinyan kimi CNN-ə müsahibədə rəzil duruma düşdü - Politoloq
Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı (VİDEO)
Gəncədəki erməni terroru nəticəsində həlak olan Rusiya vətəndaşının xatirəsi yad edilib (FOTO)
Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb (FOTO/VİDEO)
MN: Aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır
MN: Təslim olan ermənilərin üçüncü dövlətlərə keçməsi üçün şərait yaradılacaq
Almaniyada Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib (FOTO)
MN: Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə düşmən təxribata əl atır
Azərbaycan HHQ-i düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 24.10.2020 tarixli bölüm
Prezidentə yazırlar: Erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə fəxr edirik
Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb - MN
Milli Məclisin Sədri Fransa Milli Assambleyasının Sədrinə məktub ünvanlayıb
İslamabadın ən böyük alış-veriş mərkəzində “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir (FOTO/VİDEO)
Paşinyanın ardınca Mnatsakanyan da CNN-də özünü biabır etdi
Bayrağımızı Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - Azərbaycan hərbçiləri (VİDEO)
Rusiya XİN ermənilərin Gəncəyə raket atəşi nəticəsində həlak olan Rusiya vətəndaşı ilə bağlı məlumat yayıb
Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq
"Amerikanın səsi" etdiyi səhvə görə üzr istədi (FOTO)
İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı
Parisdəki Azərbaycan Evinin rəhbəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Sputnik Frans” a müsahibə verib
Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır - Hikmət Hacıyev
Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları qurulub (FOTO)
Ballistik raketləri mülki insanlara qarşı atan Ermənistan hakimiyyətinin əməlləri hərbi cinayətdir - Deputat
Rusiya səfirliyi Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ölən yeniyetmə ilə bağlı məlumat yayıb
Dövlət başçısının müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr tarixi əhəmiyyətə malikdir - Hikmət Babaoğlu
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir (VİDEO)
Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi”
ABŞ-da koronavirus vaksininin sınaqları bərpa olunub
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi
Ermənistan növbəti itkilərini açıqlayıb - SİYAHI
Şəhid olmuş hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
Düşmənin daha bir PUA-sı məhv edilib
Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə və bəzi KİV nümayəndələrinə xəbərdarlıq edib
Elsiz-obasız, torpaqsız olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz - Zəngilan sakini
Düşmənin döyüş təyyarəsi məhv edilib
Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan
Azərbaycanda 792 nəfər COVID-19-a yoluxub, 220 nəfər sağalıb, 8 nəfər vəfat edib
Azərbaycan Ordusu yüksək əhval-ruhiyyə ilə işğal olunan torpaqlarımızı azad edir (VİDEO)
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan öz torpaqlarını geri almağa başlayıb
İranda 335 nəfər koronavirusdan öldü
Mətbuat Şurası aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciət edib
ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı
Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu - Nazir
Əkrəm İmamoğlu koronavirusa yoluxub (VİDEO)
Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq - Rauf Əliyev
Ermənistan Gəncədə rusiyalı yeinyetməni qətlə yetirməklə bütün dünyaya qarşı müharibə elan etdiyini göstərdi - ŞƏRH
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur
Müharibədən sonra Dağlıq Qarabağa xarici investisiya axını şübhəsizdir - İqtisadçı
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib
Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - Nazirlik
Azərbaycan nefti ucuzlaşıb
Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır - Türkiyə Müdafiə Nazirliyi
Ermənistanın dinc sakinləri atəşə tutması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır - Britaniyalı deputat
Birinci elə bildik raket evə düşəcək, amma bağa düşdü, Orxan bağda idi - Kənd sakini (FOTO/VİDEO)
Çili mətbuatında ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciədən bəhs edilib
Goranboyda evin həyətinə düşüb partlamayan erməni raketi (FOTO)
Azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçirib
Səbaildə onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb (FOTO)
Rusiyada bir gündə 16 mindən çox yoluxma qeydə alındı
Erməni terroru nəticəsində bu gün həlak olan yeniyetmə xalasıgilə qonaq getmişdi (FOTO)
Ermənistan tərəfindən öldürülən Rusiya vətəndaşı barədə səfirliyiə məlumat verilib - Hikmət Hacıyev
Ermənistan hər dəfə atəşkəs razılaşmasını pozur, mülki əhaliyə davamlı olaraq atəş açır - Deputat
Azərbaycan tərəfə keçmək istəyən erməni mülki şəxslərə və hərbçilərə yardım göstərməyə hazırıq - Hikmət Hacıyev
Sabah hava necə olacaq?
Oktyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənilib
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib
Əlcəzair və Misir mediası Gəncə terrorundan yazıb
Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır (FOTO)
Ermənistanda koronavirusa yoluxanların sayı 75 min nəfəri keçdi
Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı Rusiya vətəndaşı vəfat etdi
Ermənistanın raket atəşi nəticəsində Tərtərdə 16 yaşlı yeniyetmə həlak olub - Hikmət Hacıyev
Prezident İlham Əliyev: Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə regional haba çevrilib
Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi hücumunun siyasi məqsədlərindən danışıb
Kəlbəcərin mövcud yataqlarının ehtiyatları yenidən öyrəniləcək
Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur
Prezident İlham Əliyev: Bakının mərkəzində erməni kilsəsi var, bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb
Polşa prezidenti koronavirusa yoluxub
Azərbaycan Prezidenti: Bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir
Prezident İlham Əliyev: Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalıdır
Azərbaycandakı dini konfessiyalar erməni terroruna qarşı həmrəylik nümayiş etdirib (VİDEO)
Azərbaycan Prezidenti: Müharibə dayanandan sonra Türkiyənin rolu çox mühüm və müsbət olacaq
Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb (FOTO)
Prezident İlham Əliyev: Müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır
Gecə ərzində düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Prezident İlham Əliyev: Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər
Sabunçu sakini bıçaqla qətlə yetirilib
Azərbaycan Prezidenti: Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik
Bütün xəbərlər