...

ABŞ və Azərbaycan arasında münasibətlər yeni reallıqlara əsaslanmalıdır

Siyasət Materials 14 Yanvar 2015 12:43 (UTC +04:00)
Bu gün ABŞ və Azərbaycan arasında münasibətlər yeni reallıqlara əsaslanmalıdır. Bu barədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin ABŞ-ın Brukin Araşdırma İnstitutunun saytında yerləşdirilmiş məqaləsində deyilir.
ABŞ və Azərbaycan arasında münasibətlər yeni reallıqlara əsaslanmalıdır

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbirlər Yelena Kosolapova, Aygün Bədəlova/

Bu gün ABŞ və Azərbaycan arasında münasibətlər yeni reallıqlara əsaslanmalıdır. Bu barədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin ABŞ-ın Brukin Araşdırma İnstitutunun saytında yerləşdirilmiş məqaləsində deyilir.

Müəllif xatırladır ki, Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanla ABŞ arasında daha sıx siyasi münasibətlər mövcud olub. Heydər Əliyev üçün xarici siyasətdə Qərblə enerji sahəsində münasibətlər, eləcə də ABŞ-la və ATƏT, Avropa Şurası, Aİ və NATO kimi bir sıra Transatlantik institutlarla siyasət və təhlükəsizlik sahəsində əməkdaşlıq prioritet idi. Bu siyasət son nəticədə Azərbaycanın ABŞ-ın Kosovoda, İraqda və Əfqanıstanda apardığı hərbi əməliyyatlara töhfə verməsinə gətirib çıxardı.

Məqalədə deyildiyi kimi, iki ölkə arasında yeni münasibətlərin başlanması vaxtı gəlib. Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bir müddət əvvəl Azərbaycan mətbuatında dərc edilmiş ABŞ-ın Azərbaycanla bağlı siyasəti haqqındakı tənqidi məqaləsindəki səmimiyyəti iki ölkə arasında daha normal və praktik münasibətlərə gətirib çıxara bilər.

Kozlariçin sözlərinə görə, dünya enerji bazarındakı hadisələr nəzərə alınarsa, artıq Azərbaycanın enerji resursları 20 il əvvəl olduğu kimi ölkələr arasında əsas siyasi amil deyil: "İndi energetika siyasi deyil, kommersiya məsələsidir".

Bundan əlavə, Kozlariç hesab edir ki, ABŞ Azərbaycanın müəyyən şəkildə Rusiya və Ukrayna arasındakı münaqişənin elementi olması ilə bağlı yanlış fikirdən qaçmalıdır: "Azərbaycanı bu qarşıdurmada köməkçi olmaqdansa, daha çox maneəyə çevrilməsinin qaçılmaz olacağı vəziyyətə gətirmək səhv olardı".

ABŞ hökumətinin Azərbaycana münasibətdə istifadə etdiyi mexanizmlərin Ramiz Mehdiyev tərəfindən tənqid edilməsi o deməkdir ki, hər şeydən əvvəl, ABŞ özünün dəstək siyasətinə və demokratiya, insan haqları və söz azadlığı (həm də təkcə Azərbaycandakı proqramlar haqqında deyil) işlərinin irəliləməsinə tamamilə yenidən baxmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti