...

Azərbaycan və Çexiya arasında siyasi məsləhətləşmələr olacaq

Siyasət Materials 13 Yanvar 2017 13:00 (UTC +04:00)
Azərbaycan və Çexiya bu ilin birinci yarısında Praqada keçirilməsi planlaşdırılan siyasi məsləhətləşmələr zamanı siyasi əməkdaşlığın perspektivlərinə nəzər salacaq
Azərbaycan və Çexiya arasında siyasi məsləhətləşmələr olacaq

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan və Çexiya bu ilin birinci yarısında Praqada keçirilməsi planlaşdırılan siyasi məsləhətləşmələr zamanı siyasi əməkdaşlığın perspektivlərinə nəzər salacaq. Bu barədə Trend-ə Azərbaycanın Çexiyadakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, görüş zamanı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda siyasi dialoqun perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, eləcə də mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi və ticari-iqtisadi əlaqələrin inkişafının müzakirəsi planlaşdırılır.

Məsləhətləşmələr Azərbaycan və Çexiya xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. Azərbaycanı danışıqlarda xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti