...

Azərbaycan və Gürcüstan parlamentinin komitələri arasında əməkdaşlıq memorandumu imzalanıb

Siyasət Materials 13 Fevral 2018 15:58 (UTC +04:00)
Fuad Muradov Tbilisidə Gürcüstan parlamentinin Gənclər və idman komitəsinin sədri Mixeil Kavelaşvili ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.
Azərbaycan və Gürcüstan parlamentinin komitələri arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı. Trend:

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Tbilisidə Gürcüstan parlamentinin Gənclər və idman komitəsinin sədri Mixeil Kavelaşvili ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

Trend-in məlumatına görə, bu barədə komitə sədri özünün "twitter" səhifəsində yazıb.

Deputat komitələr arasında əməkdaşlıq memorandumunun imzalanmasını əhəmiyyətli adlandırıb: “Bu sənədin imzalanması ilə komitələr arasında əməkdaşlıq daha sıx olacaq”.

M.Kavelaşvili öz növbəsində Gürcüstanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini bildirib: “Memorandum parlament komitələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti