...

Prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar bu gün başa çatır

Siyasət Materials 7 Mart 2018 08:00 (UTC +04:00)
Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar bu gün başa çatır.
Prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar bu gün başa çatır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar bu gün başa çatır.

Trend-in məlumatına görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, martın 7-dək məntəqə seçki komissiyaları tərəfindən seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması prosesi başa çatmalıdır.

Bundan əlavə Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi proseduru da martın 7-dək başa çatır.

Xəbər lenti

Xəbər lenti