...

Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi başlayıb

Siyasət Materials 9 Sentyabr 2019 15:16 (UTC +04:00)

Bakı. Trend:

Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün praktiki fəaliyyətlərə cəlb edilmiş birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən keçirilən komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti