...

Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün 25 noyabra qədər vaxt istəyib - Hikmət Hacıyev

Siyasət Materials 15 Noyabr 2020 14:47 (UTC +04:00)
Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün 25 noyabra qədər vaxt istəyib - Hikmət Hacıyev

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistan Kəlbəcərin tam təhvil verilməsi üçün 25 noyabra qədər vaxt istəyib.

Trend-in məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ermənilərin bəyanatda qeyd edilən rayonlardan təhvil verilmə işləri davam edir. Ermənistan Rusiya vasitəsilə Azərbaycandan 25 noyabra qədər vaxt istəyib:

H.Hacıyev bildirib ki, bəyanatın tələblərindən biri noyabrın 15-dək Kəlcəbərin təhvil verilməsi idi: "Lakin Ermənistan tərəfi Rusiya vasiəsilə bu vaxtın uzadılması üçün müraciət edib. Buna görə də Azərbaycan tərəfi humanizmdən çıxış edərək noyabrın 25-dək Kəlbəcərin təhvil verilməsinə razılıq verib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti