...

Türkiyə və Rusiya Azərbaycanda atəşkəsə nəzarət çərçivəsində əməkdaşlığı davam etdirir - Peskov

Siyasət Materials 10 Mart 2021 14:18 (UTC +04:00)
Türkiyə və Rusiya Azərbaycanda atəşkəsə nəzarət çərçivəsində əməkdaşlığı davam etdirir - Peskov

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə Rusiyanın vacib, strateji tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, ölkələr bütün regional məsələlər sıx əməkdaşlıq:

"Türklərlə Azərbaycanda atəşkəs rejiminə və üçtərəfli bəyanat üzrə tərəflərin öhdəliklərinin icrasına nəzarətlə bağlı birgə mərkəz çərçivəsində sıx əməkdaşlıq davam edir".

O əlavə edib ki, Ankara və Moskva Suriya məsələsi ilə bağlı da fəal əməkdaşlığı davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti