...

Yeni media platformasının yaradılması müstəsna əhəmiyyət kəsb edir - Nizami Səfərov (VİDEO)

Siyasət Materials 17 İyul 2021 12:03 (UTC +04:00)
Yeni media platformasının yaradılması müstəsna əhəmiyyət kəsb edir - Nizami Səfərov (VİDEO)

Bakı. Elçin Mehdiyev – Trend:

Trend və TASS agentliklərinin birgə layihəsi "Eastweststream.com" media platformasının yaradılması müstəsna əhəmiyyət kəsb edir və olduqca mühüm hadisədir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Nizami Səfərov platformanın təqdimatı zaman deyib.

N.Səfərov bildirib ki, nəticə etibarı ilə bu layihə regionda baş verən hadisələr haqqında və Azərbaycan həqiqətləri barədə düzgün məlumatların beynəlxalq informasiya məkanına ötürülməsi baxımından böyük əhəmiyyətə malikdir.

N.Səfərov əlavə edib ki, bu layihə eyni zamanda saxta informasiya ilə mübarizədə mühüm əhəmiyyətə malikdir.

Deputat qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə nəticəsində regionda yeni reallıqlar yaranıb: “Bu reallıqlar haqqında düzgün məlumatların beynəlxalq aləmə çatdırılması olduqca vacibdir. Bu baxımdan, hesab edirəm ki, bu gün təqdimatına toplaşdığımız bu layihə beynəlxalq ictimaiyyətin region haqqında düzgün informasiya ilə təmin edilməsi baxımından əhəmiyyətli rol oynayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti