...

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib

Siyasət Materials 17 May 2022 11:15
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər. Söhbət zamanı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti