...

Milli Məclisin növbədənkənar iclasları keçiriləcək

Siyasət Materials 19 May 2022 12:26 (UTC +04:00)
Milli Məclisin növbədənkənar iclasları keçiriləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin növbədənkənar iclasları keçiriləcək.

Trend-in məlumatına görə, bununla bağlı bir qrup deputat qanunvericilik qaydasına uyğun olaraq müraciət edib.

Növbədənkənar iclasların iyun ayında keçirilməsi nəzərdə tutulur.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyası çağırılır. Qeyd edək ki, parlamentin yaz sessiyası mayın 31-də başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti