...

Ermənistanın müharibə cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır - Zahid Oruc

Siyasət Materials 10 Oktyabr 2022 10:36 (UTC +04:00)
Ermənistanın müharibə cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır - Zahid Oruc
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın törətdiyi müharibə cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır.

Trend-in məlumatına görə, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda STM Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, Azərbaycan Birinci və İkinci Qarabağ müharibələrində beynəlxalq hüquqa tam uyğun, ədalətli müharibə aparıb: “Zəfərimizdən sonra dünya gördü ki, azad edilmiş torpaqlarda 1 milyondan çox mina basdırılıb. Bir Xocalı qatili də beynəlxalq məhkəmələrdə mühakimə olunmayıb. Onların son 30 ildə qəhrəman saydıqlarının əksəriyyəti xalqımıza qarşı cinayət törədənlərdir. Haaqa Tribunalı bu erməni cinayətkarları mühakimə etməlidir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti