...

Konstantin Zatulinin Ermənistana girişi qadağan edilib – KİV

Siyasət Materials 25 Oktyabr 2022 13:59 (UTC +04:00)
Konstantin Zatulinin Ermənistana girişi qadağan edilib – KİV

Bakı. Trend:

Ermənistan rəhbərliyi Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Ermənistana girişini qadağan edib.

Trend-in məlumatına görə, bu barədə bu gün "Aykakan jamanak" qəzeti mənbələrə istinadən yazır.

Qeyd olunur ki, K.Zatulin dəfələrlə "44 günlük müharibədə məğlubiyyətə görə Ermənistan rəhbərliyini təqsirləndirdiyi" üçün Ermənistanda arzuolunmaz şəxs hesab edilir.

"Aykakan jamanak" qəzeti Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti