...

Erməni deputat Paşinyan və Vardanyanın yalanını ifşa etdi: Qarabağda 120 min yox, 40 min erməni yaşayır

Siyasət Materials 12 Yanvar 2023 14:33 (UTC +04:00)
Erməni deputat Paşinyan və Vardanyanın yalanını ifşa etdi: Qarabağda 120 min yox, 40 min erməni yaşayır
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

“Vətəndaş Müqaviləsi” partiyasının deputatı Vigen Xaçatryan Ermənistanın baş naziri Nikol Paşinyanın və Ruben Vardanyanın iddialarını ifşa edib.

Trend-in məlumatına görə, Paşinyanın partiyasının üzvü olan deputat Vigen Xaçatryan Qarabağda cəmi 40 min erməninin yaşadığını bəyan edib və onlarla Bakı arasında dialoqun zəruriliyini qeyd edib.

"Biz Qarabağda yaşayan ermənilərlə Bakı arasında birbaşa dialoqa keçməliyik", - deyə V.Xaçatryan qeyd edib.

Maraqlı məqam isə ondan ibarətdir ki, daha əvvəl həm Paşinyan, həm də Vardanyan açıqlamalarında Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə 120 min erməninin yaşadığını bildirirdilər.

Erməni deputat bu açıqlaması ilə Paşinyanı və Vardanyanı bir növ ifşa etmiş olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti