...

Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib

Siyasət Materials 21 İyun 2024 09:23 (UTC +04:00)
Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib

Bakı. Trend:

ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib.

Trend xəbər verir ki, bunu iyunun 20-də Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti