...

A.MOLLAZADƏ: AŞPA-NIN YAY SESSİYASININ YEKUNLARI AZƏRBAYCAN SƏRFƏLİDİR

Siyasət Materials 27 İyun 2005 15:30 (UTC +04:00)

Avropa Şurası Parlament Şurasının (AŞPA) yay sessiyasının yekunlarını şübhəsiz ki, Azərbaycan üçün müsbət hesab etmək olar. Bu barədə Trend ə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü
Asim Mollazadə məlumat verib.

"Başlıcası, AŞPA sessiyası Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın, qarşılıqlı anlaşmanın mövcud olduğunu və Azərbaycanda demokratik institutların yaradılmasına, AŞ-nın Azərbaycan hökuməti və ictimaiyyəti qarşısında qoyduğu bir sıra məsələlərin öyrənilməsinə doğru müəyyən addımlar atıldığını göstərdi. Və bu istiqamətlərin hər birində işlər aparılır", - deyə o bildirib.

"Avropa Şurası şübhəsiz ki, bizim ölkəmizə Avropa Şurasının və demokratik dövlətlərin standartlarına müvafiq demokratik islahatların, seçkilərin keçmirilməsi üçün yardım etmək istəyir. Və bütün müzakirələr və hazırlanmış bütün sənədlər məhz Azərbaycanın Avropa strukturlarına tez bir zamanda inteqrasiya olunması məqsədi daşıyır. "Əox ciddi müzakirələr oldu və müvafiq qətnamələr qəbul edildi", - deyə A.Mollazadə əlavə edib. "Avropa Şurası Azərbaycan üçün çox mühüm təşkilatdır. AŞ-nın Azərbaycanla əməkdaşlığı Şuranın müdafiə etdiyi prinsiplərə və dəyərlərə müvafiq demokratik institutların yaradılmasına imkan verir. Və bizim ölkəmiz bu öhdəlikləri yerinə yetirməklə Avropaya bir addım daha yaxın olur".

Siyasi məhbuslarla bağlı məsələyə toxunan A.Mollazadə bildirib ki, ən başlıcası odur ki, Avropa Şurası Azərbaycanda icra hakimiyyətinin, parlamentin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin daxil olduğu işçi qrupunun yaradılmasını yüksək qiymətləndirir. O daha sonra əlavə edib ki, məhz bu işçi qrupu öz işini davam etdirərək ciddi analizlər aparacaq.

Xəbər lenti

Xəbər lenti