...

AVP İLƏ YAP-IN NAMİZƏDLƏRİNİN RAZILAŞDIRILMASI ÜÇÜN MÜZAKİRƏLƏR APARILACAQ

Siyasət Materials 9 İyul 2005 13:08 (UTC +04:00)

Ana Vətən Partiyası (AVP) parlament seçkisində 20-25 nəfər namizədlə iştirak edəcək. Bu barədə Trend ə partiyanın sədri, millət vəkili Fəzail Ağamalı məlumat verib.

O bildirib ki, gələn həftə AVP-nin bütün namizədləri və onların seçki dairələri müəyyənləşəcək. Fəzail Ağamalı özü budəfəki seçkidə yeni də Yevlax rayonundan namizədliyini irəli sürəcəyini açıqlayıb.

Seçkidə AVP ilə Yeni Azərbaycan Partiyasının (YAP) seçki dairələri üzrə namizədlərinin üst-üstə düşməsi ehtimalına toxunarkən, F.Ağamalı deyib ki, bu məsələ hər iki partiya arasında müzakirə olunacaq.

F.Ağamalının sözlərinə görə, ideoloci və siyasi kursu, fəaliyyət istiqamətləri təxminən eyni olan AVP və YAP parlament seçkisində namizədləri barədə də ortaq razılığa gələcəklər: "YAP-la AVP-nin namizədləri seçkidə bir-birinə problem yaratmayacaq. Biz çalışacağıq ki, ortaq nöqtələr tapaq və seçkidə strateci baxımdan hər iki partiya üçün uğurlu olan addımlar ataq" - deyə AVP sədri bildirib.

F.Ağamalı qeyd edib ki, seçki dairələri üzrə namizədlərin irəli sürülməsi və YAP-la razılaşdırılması məsələləri iyulun 20-dək həllini tapacaq.

Xəbər lenti

Xəbər lenti