Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərinin təşviqat kampaniyasının başlaması ilə əlaqədar mədəni -kütləvi tədbirlərinə start verib. Trend xəbər verir ki, sentyabrın 8-də Nizami rayonunda yerləşən Heydər Əliyev adına parkda YAP-ın seçki təbliğatına başlanması münasibətilə geniş kütləvi tədbir keçirilib.
Tədbirdə Milli Məclisin birinci vitse-spikeri Arif Rərimzadə, vitse-spiker Ziyafət Əsgərov, YAP-ın sədr müavini və partiyanın icraçı katibi Əli Əhmədov və onun müavinləri, YAP-çı millət vəkilləri iştirak ediblər.
Bədii proqramdan sonra YAP-dan olan namizədlər tribunaya dəvət olunub. Əli Əhmədov öz çıxışında YAP-ın şuarının "Yeni Azərbayçanla yeni həyatı seç" olduğunu bildirib.O, YAP-ın seçki təbliğatı barədə danışıb.
Tədbirdə həmçinin Eldar İbrahimov, Rəbiyət Aslanova, Mübariz Qurbanlı və digər namizədlər çıxış edib.