...

NOVRUZ MƏMMƏDOV: PARLAMENT SEÇKİLƏRİNƏ MARAĞIN ANALOQU YOXDUR

Siyasət Materials 29 Sentyabr 2005 18:40 (UTC +04:00)

"Azərbaycanda parlament seçkilərinə olan belə maraq hələ heç bir ölkədə olmayıb". Trend bildirir ki, sentyabrın 29-da Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu barədə jurnalistlərə bəyan edib. Onun sözlərinə görə, ölkədəki parlament seçkilərinə 1000-dən çox xarici müşahidəçi gələcək və onlar əsasən, Avropa, ABŞ və MDB-ni təmsil edəcək.Bundan başqa, jurnalistlərin böyük bir qrupu akkreditə olunacaq.

Ölkədəki parlament seçkilərinə marağın səbəblərini izah edərkən N.Məmmədov deyib: "Azərbaycan son illərdə regionda ən inkişaf etmiş dövlətdir, xarici siyasət kursu müstəqildir, beynəlxalq əməkdaşlıq sahəsində yüksək nəticələr əldə edib.Azərbaycanın hazırkı statusu Avrasiyada cərəyan edən proseslərə güclü təsir edə bilər.Buna görə də bu gün Azərbaycandakı bütün proseslər dünya ictimaiyyətinin diqqət mərkəzindədir".

N.Məmmədov qeyd edib ki, Azərbaycan tərəfi ABŞ-nın Milli demokratiya institutunu seçkiləri müşahidə etmək üçün dəvət etməyib.Onun sözlərinə görə, QHT hər yerdə fəaliyyət göstərir və onsuz da öz funksiyalarını yerinə yetirir".

N.Məmmədov həm də Azərbaycanda exit-poll keçirilməsinin əhəmiyyətini qeyd edib.O, həmin tədqiqat təşkilatlarının onların keçirilməsi üçün kimin dəvət etməsini mənasız hesab edir.

Xəbər lenti

Xəbər lenti