...

Milli Məclis prezidentə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 30 Dekabr 2005 12:34 (UTC +04:00)

Milli Məclis 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Trend xəbər verir ki, bu barədə parlamentin dekabrın 30-da keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

Məktubun mətnini oxuyan spiker bildirib ki, Milli Məclis prezidentin yürütdüyü daxili və xarici siyasəti, ideyaları bundan sonra da dəstəkləyəcək. Məktubda dövlət başçısına gərgin və məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.

Xəbər lenti

Xəbər lenti