...

Goranboyda yeni reabilitasiya mərkəzi açılacaq

Siyasət Materials 30 May 2006 15:27 (UTC +04:00)

Goranboy rayonunda yeni Uşaq və Ailə Mərkəzi inşa olunur. Təxminən bir aydan sonra tikintisi başa çatacaq mərkəzdə əlil, xüsusi qayğıya ehtiyacı olan, həmçinin qaçqın və məcburi köçkün uşaqlar reabilitasiya keçəcəklər. "Uşaqları qoruyun" və UAFA təşkilatları layihə çərçivəsində binanı müasir avadanlıqlarla təchiz edəcək. Burada kompyuter mərkəzi, idman avadanlıqları və oyuncaqlarla təmin olunan otaqlarla yanaşı uşaqların əl işlərindən ibarət rəsm qalereyası da yaranacaq. Mərkəzin açılış mərasimində Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın da iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti