...

Azərbaycan prezidenti Almaniya və Belarus səfirlərinin etimadnamələrini qəbul edib

Siyasət Materials 7 Avqust 2006 19:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 7-də Almaniyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Peyer Kristof Ştankinın etimadnaməsini qəbul edib.

Trend agentliyinin məlumatına əsasən, mərasim zamanı diplomat dövlət başçısını əmin edib ki, ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni edəcək. O qeyd edib ki, Almaniya hökuməti Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün köməklik etməyə hazırdır.

Regional neft-qaz layihələrinin gerçəkləşdirilməsinə toxunan səfir deyib ki, BTC kəmərini istismara verməklə Azərbaycan Avropa üçün strateji bir dövlətə çevrilib. Səfir Azərbaycan prezidentinin Almanyiaya səfər edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan prezidenti Almaniya ilə əqalərin inkişafı vacibliyini vurğulayıb və beynəlxalq siyasi əlaqələrdə, o cümlədən Avropa Qonşuluq Siyasəti təşəbbüsü çərçivəsində dəstəyə görə Berlinə minnətdarlığını bildirib.

Belarusun Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Nikolay Pastkeviç də prezidentə etimadnaməsini təqdim edib. O, Azərbaycanla Belarus arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətindəki geniş imkanları qeyd edib. Azərbaycan prezident vurğulayıb ki, iki ölkənin əlaqələri yeni əməkdaşlıq mərhələsinə daxil olub.

Xəbər lenti

Xəbər lenti