...

Azərbaycan prezidenti diplomatik idarələrin başçıları ilə görüşür

Siyasət Materials 14 Avqust 2006 11:35 (UTC +04:00)
Azərbaycan prezidenti diplomatik idarələrin başçıları ilə görüşür

Avqustun 14-də Azərbaycanın Xarici İşlər Nazirliyində Azərbaycanın xaricdəki diplomatik missiyalarının başçılarının növbəti illik konfransı keçirilir. XİN-in mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadənin Trend ə verdiyi xəbərə görə, forumun işində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Azərbaycanın bütün diplomatik missiyaların başçıları Bakıya gəlib. Görüşdə prezident İlham Əliyevin və xarici işlər naziri Elmar Məmmədyarovun çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın xaricdəki diplomatik missiyalarının başçılarının ilk illik konfransı 2004-cü ilin iyul ayında keçirilib.

Hazırda dünyanın 46 ölkəsində Azərbaycanın diplomatik missiyaları (səfirliklər, beynəlxalq təşkilatlarlar yanında nümayəndəliklər, baş və fəxri konsulluqlar) fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti