...

Azərbaycan səfiri Yaponiya imperatorunu təbrik edib

Siyasət Materials 13 Sentyabr 2006 19:00 (UTC +04:00)

Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn Yaponiya imperatoru Akihitonun ilk oğlan nəvəsinin anadan olması münasibəti ilə İmperator sarayında təbriklər kitabına arzuların yazılması mərasimində iştirak edib. Bu barədə Trend ə Azərbaycan XİN mətbuat mərkəzindən məlumat verilib.

Diplomat təbriklər kitabında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Azərbaycan xalqı və öz adından İmperator ailəsinə olan təbrik sözlərini və xoş arzularını yazıb.

Xatırladaq ki, sentyabrın 6-da imperatorun ikinci oğlu şahzadə Akişinonun övladı - imperatorun ilk öğlan nəvəsi anadan olub.

Xəbər lenti

Xəbər lenti