...

Spiker Litva Respublikası Dövlət Sosial Sığorta Fondunun sədrini qəbul edib

Siyasət Materials 27 Oktyabr 2006 18:35 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 27-də Azərbaycanda səfərdə olan Litva Respublikası Dövlət Sosial Sığorta Fondunun sədri Mindauqas Mikaylanı qəbul edib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan dünya dövlətləri, o cümlədən Litva ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük önəm verir. Dövlətlərimizin başçılarının görüşləri və qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar, imzalanmış sənədlər münasibətlərimizin inkişafı üçün möhkəm zəmin yaradıb: "Bu gün dinamik inkişaf edən Azərbaycanda əhalinin sosial müdafiəsinə ciddi diqqət yetirilir. Ölkədə aparılan iqtisadi islahatlarla yanaşı, sosial sahənin də hüquqi tənzimlənməsi parlamentin daim diqqət mərkəzindədir".

Mindauqas Mikayla Litva-Azərbaycan əməkdaşlığının inkişafı barədə fikirlərini açıqlayıb. Qeyd edib ki, Azərbaycanın əhalinin sosial müdafiəsi sahəsində təcrübəsi Litva üçün çox maraqlıdır. Onun təmsil etdiyi fond Azərbaycanın müvafiq strukturları ilə əməkdaşlığa böyük önəm verir.

Xəbər lenti

Xəbər lenti