...

Naxçıvan Muxtar Respublikasında ölüm hallarının sayı azalıb

Siyasət Materials 10 Noyabr 2006 15:31 (UTC +04:00)

Yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ölüm hallarının sayı azalıb. Belə ki, oktyabr ayının birinə olan məlumata əsasən, qeyd olunan müddət ərzində 1550 nəfər dünyasını dəyişib. Ötən il isə 1636 ölüm halı qeydə alınıb.

Trend xəbər verir ki, azalma 1 yaşa qədər ölən uşaqlar arasında da müşahidə edilib. Yeni doğulanlar arasında ölüm hallarında 55,6% enmə müşahidə edilib, hər min uşaq arasında 15 ölüm halına rast gəlinib.

Doqquz ay ərzində Muxtar Respublikada 2768 nəfər nigah bağlayıb, təbii artım isə 3172 nəfər olub ki, bu da ötən illə müqayisədə 232 nəfər çoxdur.

Xəbər lenti

Xəbər lenti