...

Deputat Asəf Hacıyev: Dağlıq Qarabağ münaqişəsi Moskvada müzakirə edilib

Siyasət Materials 14 Noyabr 2006 18:44 (UTC +04:00)
Deputat Asəf Hacıyev: Dağlıq Qarabağ münaqişəsi Moskvada müzakirə edilib

Avropa Şurası Yerli və regional hökümət orqanları Konqresi Qarabağ münaqişəsini Qara dəniz bölgəsi üçün təhlükə kimi müzakirə edib. Bu barədə Trend ə həmin tədbirdə çıxış edən Milli Məclisin deputatı Asəf Hacıyev məlumat verib.

A.Hacıyev bildirib ki, o, Qara dəniz bölgəsində əməkdaşlıq məsələsinə və mövcud problemlərə toxunub və bu problemlərdən biri kimi Dağlıq Qarabağ münaqişəsini göstərib. "Mən qeyd etdim ki, Dağlıq Qarabağ münaqişəsi bir çox amillərə, o cümlədən bölgənin inkişafına təsir edir. Bakı-Tbilisi-Ceyhan layihəsi ilə bağlı məsələyə toxundum və qeyd etdim ki, münaqişə bu halda da təhlükə yaradır", - deyə Azərbaycan parlamentinin deputatı bildirib. O vurğulayıb ki, dünya ictimaiyyəti bu məsələ ilə bağlı öz fikrini söyləməlidir. "Bu terror, bu separatçılıq yalnız Azərbaycan üçün deyil, həm də Qara dəniz bölgəsinin bütün ölkələri üçün təhlükədir", - deyə A.Hacıyev hesab edir.

A.Hacıyev həmçinin Azərbaycanda 6 oktyabr bələdiyyə seçkiləri mövzusuna da toxunub. O, sessiya iştirakçılarına seçkilərin rəsmi yekunları haqqında məlumat verib.

Xəbər lenti

Xəbər lenti