...

Birinci vitse-spiker – Azərbaycan öz ordusunu NATO standartlarına uyğun komplektləşdirmək niyyətindədir

Siyasət Materials 23 Dekabr 2006 14:43 (UTC +04:00)

"Cənubi Qafqaz ölkəsi olan Azərbaycanın NATO və bu təşkilatın Parlament Assambleyası ilə münasibətləri ən yüksək səviyyədədir". Trend xəbər verir ki, bu fikri Azərbaycan Parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Z.Əsgərov qeyd edib ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri tədricən yerinə yetirir və NATO ilə əməkədaşlıq üçün böyük perspektivlər var. O həmçinin əlavə edib ki, Azərbaycan öz ordusunu NATO standartlarına uyğun komplektləşdirmək niyyətindədir.

Mülki vətəndaşların ordunun bəzi strukturlarında işə cəlb edilməsi məsələsinə toxunaraq birinci vitse-spiker bildirib ki, gələcəkdə Müdafiə Nazirliyi sisemində bəzi vəzifələri mülki vətəndaşlar tutacaq və hazırda bununla bağlı işlər aparılır.

Xəbər lenti

Xəbər lenti