...

Səfir: Gələn il Azərbaycan və Yaponiyanın yüksək vəzifəli şəxslərinin bir sıra görüşləri planlaşdırılır

Siyasət Materials 26 Dekabr 2006 15:01 (UTC +04:00)

Gələn il Azərbaycan və Yaponiyanın yüksək vəzifəli şəxslərinin bir sıra görüşləri planlaşdırılır. Trend xəbər verir ki, bu barədə Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe jurnalistlərə bildirib.

Onun sözlərinə görə, gələn il Yaponiya hökuməti Azərbaycanla ticarət-iqtisadi əlaqələri daha da genişləndirmək niyyətindədir. İki ölkə arasında mal mübadiləsinin böyük bir hissəsini neft məhsulları üçün avadanlıqlar təşkil edir. Səifr qeyd edib ki, gələn il Yaponiyanın iş adamları Azərbaycanla əməkdaşlığın yeni imkanlarını axtaracaqlar.

Xəbər lenti

Xəbər lenti