...

BŞBPİ rəisinin müavini Yaşar Əliyev: "Polis Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyi aksiyanın qarşısını alacaq"

Siyasət Materials 25 Yanvar 2007 13:11 (UTC +04:00)
BŞBPİ rəisinin müavini Yaşar Əliyev: "Polis  Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyi aksiyanın qarşısını alacaq"

"Polis Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyi aksiyanın qarşısını alacaq." Bu sözləri Trend ə ekskülziv açıqlamasında müxalifətyönlü "Azadlıq" blokuna daxil olan partiyaların yanvarın 26-da keçirmək istədiyi icazəsiz aksiyaya münasibət bildirən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Yaşar Əliyev deyib.

Rəis müavini qeyd edib ki, artıq bu gün səhər saatlarında mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar və onlara xəbərdarlıq edilib.

"Biz bu gun onları xəbərdar etdik və tövsiyyə etdik ki, qərarlarına yenidən baxsınlar və aksiyanı təxirə salsınlar. Çünki Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyi yerdə hər hansı aksiyanın keçirilməsinə imkan verilməyəcək. Bu zaman hər hansı bir qarşıdurma yaransa, bunun məsuliyyəti icazəsiz aksiya keçirməyə qərar verənlərin üzərində qalacaq", - deyə Yaşar Əliyev bildirib.

Onun sözlərinə görə, aksiya təşkilatçılarına təklif olunub ki, Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yerlərdən birində mitinq keçirsinlər.

Xatırladaq ki, 4 müxalifətyönlü partiyanın təmsil olunduğu "Azadlıq" bloku yanvarın 26-da Bakının 8 nöqtəsində icazəsiz aksiya keçirmək haqqında qərar qəbul edib.

BŞBPİ rəis müavini qeyd edib ki, müxalifətçilərin bir deyil, bir neçə meydan seçmələri polis üçün ciddi problem yaratmayacaq: "İstənilən halda icazəsiz aksiyanın keçirilməsinə imkan verilməyəcək."

Xəbər lenti

Xəbər lenti