...

Azərbaycan Türkiyənin İqdır əyalətində aeroport tikintisində iştirak edə bilər

Siyasət Materials 2 Fevral 2007 18:04 (UTC +04:00)

Azərbaycan tərəfinin İqdırda tikilən aeroporta yardım göstərməsinə biz şad olardıq. Trend xəbər verir ki, bu fikri Türkiyənin İqdır əyalətinin valisi Saffet Karahisarlı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, aeroport 50 faiz artıq tikilib, lakin maliyyə çatışmazlığı üzündən işlər dayandırılıb. İqdırda aeroport tikilməsi və istifadəyə verilməsi Azərbaycan rəhbərliyini maraqlandıra bilər və ticarət-iqtisadi əlaqələrin daha geniş şəkildə inkişafına səbəb ola bilər. Bundan başqa, İqdır azərbaycanlıların Türkiyənin başqa regionlarına səfər etməsində tranzit məntəqə ola bilər.

O, həmçinin Azərbaycanın İqdırla əlaqələrə də məsul olan Qarsdakı baş konsuluğunun fəaliyyətindən məmnunluğunu ifadə edib. Vali əlavə edib ki, konsulluq çox mühüm işlər görür və lazım olduğu təqdirdə ora müraciət edərək bəzi məsələlərin birgə həllini tapırlar.

Xəbər lenti

Xəbər lenti