...

ATƏT Parlament Assambleyasının baş katibi fevralın 7-də axşam Azərbaycana gəlir

Siyasət Materials 7 Fevral 2007 15:08 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının baş katibi Spenser Oliver fevralın 7-də axşam Azərbaycana gəlir. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Eldar İbrahimov bildirib.

Onun sözlərinə görə, Spenser Oliver ATƏT Parlament Assambleyasının sədri, qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lenmarkerin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə daxildir.

"Keçiriləcək görüşlərdə ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında əlaqələr, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət və digər məsələlər müzakirə olunacaq", -deyə Eldar İbrahimov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti