...

Bakıda Azərbaycan və Latviya hökumətləri ekspertlərinin görüşü keçirilir

Siyasət Materials 1 Mart 2007 14:41 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan və Latviya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sabah Bakıda keçirilməsi nəzərdə tutulan ilk iclasının protokolu iki dövlət hökumətinin ekspertləri tərəfindən razılaşdırılacaq. Latviyanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən, ekspertlər Bakıya bu gecə gəlib. Komissiyanın rəhbəri, Latviyanın iqtisadiyyat naziri Yuriys Strodsun rəhbərlik etdiyi nümayəndə heyətinin bir hissəsi günün ikinci yarısında Bakıya gələcək Y.Strodsun səfərinin rəsmi hissəsi sabah Şəhidlər və Fəxri Xiyabanı ziyarətlə başlayacaq. Saat 11:00-da "Respublika" mehmanxanasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. İclas Latviya tərəfindən Y.Strodsun, Azərbaycan tərəfindən isə iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərliyi altında keçiriləcək. 13:00-da sənədlərin imzalanması mərasimi və jurnalistlər üçün brifinq keçiriləcək.

Xəbər lenti

Xəbər lenti