...

Parlamentin komissiya sədri: "QHT-lərə dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması vacibdir"

Siyasət Materials 20 Aprel 2007 11:53 (UTC +04:00)
Parlamentin komissiya sədri: "QHT-lərə dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması vacibdir"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Qeyri-Hökumət Təşkilatlarına (QHT) dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması vacibdir. Bu barədə cümə günü Bakıda Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib.

Komissiya sədri qeyd edib ki, ölkədə həyata keçirilən abadlıq və quruculuq işləri ilə bağlı tender elan edilib, bu işi QHT-lərə tapşırmaq mümkündür: "Dövlətin buna maliyyə imkanları var."

Onun fikrincə, ictimai təşkilatların sosial problemlərin həllinə və cəmiyyətin idarə edilməsinə cəlb olunması müsbət nəticələr verə bilər: "Büdcədə bu işi həyata keçirməyə imkanlar var. Hesab edirəm ki, gələcəkdə dövlət QHT-ləri maliyyələşdirməlidir."

Rəcəbli bildirib ki, dövlətin QHT-ləri maliyyələşdirməsi onların xarici təşkilatlardan asılılığını azalda bilər.

"Düzdür, xarici təşkilatların qrantlarından imtina etmək də olmaz, onlarla da əməkdaşlıq vacibdir. Biz açıq və demokratik cəmiyyət qururuqsa, QHT-lər də inkişaf etməlidir. Əgər dövlət onlara qrant vermirsə, QHT-lər neçə inkişaf edə bilər" - deyə komissiya sədri əlavə edib.

Onun fikrincə, dövlətin QHT-lərə maliyyə yardımı ayırması xüsusi qaydalarla həyata keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti