...

Bu gün Qətərin əmiri Bakıya gəlir

Siyasət Materials 28 Avqust 2007 12:46 (UTC +04:00)
Bu gün Qətərin əmiri Bakıya gəlir

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Qətərin əmiri şeyx Həmad bin Xalid əl Tani bu gün rəsmi səfərlə Bakıya gəlir. Diplomatik mənbələrdən verilən məlumata görə, səfərin məqsədi Azərbaycan və Qətər arasında ikitərəfli əməkdaşlığın inkişafı, müqavilə- hüquqi bazasının möhkəmləndirilməsidir.

Yüksək səviyyəli qonağın səfər proqramına Azərbaycan rəhbərliyi ilə görüş, ölkə iqtisadiyyatı ilə tanışlıq, paytaxtın ən görməli yerlərinə gəzinti daxildir.

Əmirin səfəri 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Qətərə rəsmi səfərinə cavab xarakteri daşıyır.

Xəbər lenti

Xəbər lenti