...

Leyli : "Söz yazarlarının şou-biznesə qoşulmasında heç bir qəbahət yoxdur"

Cəmiyyət Materials 12 Sentyabr 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr " TrendLife Şahin Cavadsoy/

Bugünkü qəhrəmanımın şəxsiyyət vəsiqəsində adı və soyadı başqa cür göstərilsə də, həm yaxınları, həm də şou sakinləri onu Leyli kimi tanıyıb, qəbul ediblər. Artıq neçə ildir ki, yazdığı şeirlər( Aygün Kazımova "Səndən sonra", Röya - "Yağış", "Dəyər"; Elnur-"Darıxdım) və bu kimi başqa hit mahnıların söz yazarr məhz Leylidir-Ş.C) sevilən ulduzlarımızın repertualarına daxildir. O isə yenə təvazökarlıq edib, digər həmkarları kimi ucuz reklamlar ardınca qaçmır. Deyir ki, "Mən sənətimin Leylisiyəm. Və şeiriyyatda reklam o qədər böyük rol oynamır". Yəqin elə ona görə də hamı onu sevir və yazdığı sözləri dilinin əzbərinə çevirir.

Leyli xanımla söhbətimiz şəhərin ən gur məkanlarının birində baş tutdu. Ona görə də söhbətimizə insanlarla dolub-daşan məkanlara  olan bağlılığından başladıq:  

- Leyli, bildiyimiz qədər söz yazarları həmişə toplumun olduğu yerlərdən qaçılar ki, ürəklərindən keçən kəlmələri rahatlıqla qələmə ala bilsinlər. Amma nədənsə siz bu hislərdən çox uzaqsınız. Səbəbini bilmək olar? 

- Digər məkanları deyə bilmərəm, bircə burada özümü çox rahat və komfortlu hiss edirəm. Çünki, bu məkana həmişə kübar insanlar istirahətə gəlirlər. İnanın, bir sirr açıb söyləmək istəyirəm ki, buradakı hər bir insandan bir şey öyrənirəm. Onların gözlərinə baxmaqla bilirəm ki, iç dünyalarında nə fikirləşirlər. Ümumiyyətlə, şairlərdə altıncı hiss çox güclüdü. Mən də bunu yetərincə duya bilirəm. 

-  Sənətə aidiyyatı olan hər kəsin keçdiyi bir həyat yolu olur. Maraqlıdır, siz də bu həvəsnə vaxtdan formalaşmağa başlayıb?

- Lap uşaqlıqdan yazıram. Ağlım kəsəndən görürdüm ki, atam hər gün nəsə bir şeir yazır, ürəyindən keçənləri kağıza köçürürdü. Yəqin şair ruhu mənə atamdan keçib. Yiyələndiyim ixtisas musiqi ilə əlaqədardı. Milli Konservatoriyada "musiqi nəzəriyyəsi" peşəsi. Amma sözə olan həvəsim musiqini seçməyimə imkan vermədi.  

- Yəqin onda bəstələriniz də var.

- ...Var. Ancaq üzə çıxarmaq istəmirəm. O qədər gözəl bəstəkarlarla işləyirəm ki, hələ öz yazdıqlarımı ortalığa çıxarmaq istəmirəm. Yəqin ki, vaxtı gələndə - təxminən bir ildən sonra onları da musiqisevərlərin ixtiyarına buraxaram.   

- Bir az da yazdığınız və eləcədə sizə kifayət qədər şöhrət qazandıran şerlərinizdən danışaq. Hansı bəstəkar  yazdığınız sözləri ilk dəfə musiqiyə çevirməyə qərar verib? 

- Musiqi dünyasında ilk sözlərim Röya Ayxanın hit mahınlarından biri olan  "Yağış"da səslənib. Məncə bu bəstədəki kəlmələrlə mən özümə az da olsa oxucu auditoriyası toplaya bilmişəm. Musiqisi Aynur Adilqızına aid olan "Yağış"ı vizit kartım da hesab edirəm.   

- Yazdığın digər şerlərində də əsas planda tənhalıq, ümidsizlik özünə yer alıb. Bunun səbəbi nədir? 

- Yəqin ki, bu, ürəyimin hələ də saf sevgiyə rast gələ bilməməyi ilə bağlıdır. 

- Sənə həm də kompleksiz şairə demək olar. Ələlxüsus da dostların arasında... 

- Olar, özü də tam əminliklə. Ancaq insanları həmişə seçirəm. Əgər bir adamdan normal münasibət görməsəm, özüm ondan uzaq gəzməyə can atıram.  

- Bu sualı elə-belədən ünvanlamadım. Çünki, gününün çox hissəsini səni əhatə edən dostlarının əhatəsində keçirirsən. Bunun başqa sirrin yoxdu ki? 

- Ümumiyyətlə bütün həyatım sirr içindədir. Daim sirli qalmaq qadına xüsusi şarm verir. Amma düz deyirsiz, mən dostluğa çox böyük qiymət verirəm. İnanın dostlar arasında olanda özümü hədsiz dərəcədə xoşbəxt hiss edirəm. Dostlarım yetərincə olsa da bəstəkarlar - Emil Şahin, Aynur İlhamə Adilqızı bacıları, Emin Kərimi, Vüsalə İlyasova və qardaş kimi mənə əziz olan İsmayılı daha çox istəyirəm.  

- Bircə yanında hər gün görünən Mikayıldan və "Şeron"un solitsti İntizardan danşmadın.

- (gülüşünü gizlədə bilmir) Mika mənə o qədər əzizdir ki, ona verdiyim qiyməti sözlə dəyərləndirə bilmərəm. O həm də çox gözəl səs imkanlarına malik olan istedadlı gəncdir. Əminəm ki, qısa zaman ərzində mahınları da xalq tərəfindən sevərək dinləniləcək. O ki qaldı İntizara, bu sualı hələlik açıq qoymaq istəyirəm. Çünki, hər şeyin bir zamana ehtiyacı var.  

- Leyli, bəstəkarlarla yanaşı, şairlərin də şou-biznesə qatılmağına münasibətin necədir?  

- Çox yaxşı. Məncə, buna ancaq sevinmək  lazımdır. Söz yazarlarının şou-biznesə qoşulmasında heç bir qəbahət yoxdur. Ancaq mənim öz yolum var. Və hesab edirəm ki, bu yolda rəqibsizəm. Belə qərar gəlmişəm ki, bundan belə şeirlərimə daha çox dəyər verəcəm. İstər maddi, istərsə də mənəvi cəhətdən. Yəni bütün hüquqlarım "Birlik"müəllif hüquqları təşkilatı tərfindən qorunur.  

- Bəs yaxın günlərdə sənətsevərlər səndən  yeni şerlər gözləsinlərmi? 

- Əlbəttə. Şeiriyyatsız bir günüm də olmasın. Demək olar ki, hər günümü gərgin iş rejimində keçirirəm. Bunun da bir səbəbi var. O da müğənnilərimizə yeni sözlər yazmaq və tamaşaçılara təqdim etmək. Qoy, musiqisevərlər yeni hitlərin partlayacağı günü səbirsizliklə gözləsinlər.  

Xəbər lenti

Xəbər lenti