...

Aygün Kazımovanın 37 yaşı tamam oldu

Cəmiyyət Materials 28 Yanvar 2008 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /müx. TrendLife Cavid Osmanov/

Yanvarın 26-sı Bakıdan kənar restoranların birində Aygün Kazımovanın ad günü qeyd olundu. Tədbirdə yalnız müğənninin ən yaxın dostları və ailə üzvləri iştirak edirdi. Ad günü təssuratlarını müğənni Aygün Kazımova TrendLife-la bölüşdü: "Hər il ad günüm mənim üçün bayramdır. 37 yaşım tamam oldu. Bilirsiniz ki, mən heç vaxt yaşımı gizlətmirəm. 1971-ci il yanvarın 26-da dünyaya gəlmişəm. Bu il istədim ki, ad günümü mətbuat işçilərsiz keçirim. Onlar olanda, mən məcbur oluram onlarla çıxım söhbət edim. Onda da qonaqlarım içəridə mənsiz qalır. Amma gördüyünüz kimi, bu il də alınmadı".

Mərasimdə qonaq qismində Faiq Ağayev, Xumar Qədimova, Nadir Qafarzadə, Murad Dadaşov, Anar Məmmədxanov, Nərgiz Cəlilova iştirak edirdi. Bu gün ilə bağlı bir neçə sənətçi Aygünə öz ürək sözlərini bildirdilər.

Namiq Qaraçuxurlu: "Aygünə həyatda xoşbəxtlik və can sağlığı arzulayıram. Ona gözəl hədiyyə də bağışlamışam. Amma hədiyyənin nə olduğunu sizə deməyəcəm".

Faiq Ağayev: "Biz Aygünlə artıq 20 ildir ki, tanışıq. Aygün həqiqətən də şou-biznesdə öz sözünü demiş müğənnilərdəndir. Ona həyatda can sağlığı, xoşbəxtlik arzulayıram. Həmişə sevib-sevilsin".

Xəbər lenti

Xəbər lenti