...

Gələcəkdə yaşayış məntəqələrinin salınmasında ekoloji amillər nəzərə alınmalıdır – ekologiya və təbii sərvətlər naziri

Cəmiyyət Materials 3 İyun 2010 13:49 (UTC +04:00)
Gələcəkdə yaşayış məntəqələrinin salınmasında ekoloji amillər nəzərə alınmalıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Gələcəkdə yaşayış məntəqələrinin salınmasında ekoloji amillər nəzərə alınmalıdır – ekologiya və təbii sərvətlər naziri

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Hacıyev/

Gələcəkdə yaşayış məntəqələrinin salınmasında ekoloji amillər nəzərə alınmalıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

"Əvvəlcə ekoloqlarla məsləhətləşməli və mənfi təsiri olacaq addımlar atılmamalıdır", - Bağırov əlavə edib.

Nazir bildirib ki, ekoloji amilləri nəzərə alaraq, gələcəkdə Araz və Kür çaylarında təbii proseslərin getməsi və bu proseslərin insanlara xəsarət verməməsi üçün çayqırağı bölgələrdə müəyyən ərazilər boş saxlanıla bilər.

"Kür daşqınlarına gəlincə, nazir qeyd edib ki, daşqın bölgəsində böhran vəziyyətinin azalması prosesi gedir. İndi əsas təsir dağlarda əriyən qarın təsiridir ki, bunu da güclü təsir hesab etmək olmaz. Bir neçə gün gözləmək lazımdır ki, Mingəçevir Su Anbarının suyığma imkanları yaxşılaşsın", - Bağırov bildirib.

"Cənab Prezident tərəfindən yaradılmış komissiyanın təkliflərinin ilk konturları görünməyə başlayıb. Azərbaycanda suların tam və effektli surətdə idarəetmə sistemi, bu sistemin özündə də Araz çayının quraq yerlərində suvarma imkanlarını artırmaq, suyun dənizə ötürülməsini təmin etmək, xaricdə formalaşan sulardan asılı olmamaq, ölkədə su ehtiyatlarını effektli idarə etmək, kiçik çaylarda su anbarları tikmək kimi təkliflər var", - Bağırov bildirib.

Xəbər lenti

Xəbər lenti